Maye qaz niyə yoxdur, satışda nə vaxt olacaq? -

Uzun müddətdir ki, bölgələrdə maye qaz qıtlığı yaşanır, Bakıda isə satışı yoxdur. Maye qaz niyə yoxdur və satışı nə vaxt bərpa ediləcək?

Metbuat.az bu məsələ ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədova müraciət edib. Saytımıza danışan İbrahim Əhmədov maye qaz qıtlığının səbəbinin həm zavoddakı təmir, həm də tələbatın artması olduğunu qeyd edib:

"Burada həm təmir amili var, həm də ümumi tələbatın artması. Təmir hər il olur, bu dövri təmirdir, yeni bir şey deyil. Bu bütün neft emalı zavodlarında ildə 1-2 dəfə keçirilir. Bir qayda olaraq belədir. Əvvəlki illərdə bir qıtlıq yaranmırdı, amma, bu il bazarda tələbat kəskin artıb. Bunun üzərinə təmir amili də gələndə qıtlıq kəskinləşir. İstehsalçı olaraq tövsiyyəmiz budur ki, alternativ məhsullara keçmək daha əlverişli olar. Hazırda satış yoxdur, çünki, təmir başlayandan qıtlıq yaranıb. Başqa şirkətlər də bunu idxal etməyiblər, başqa mənbələrdən də almayıblar. Niyə almayıblar, artıq öz işlədir, biz qarışa bilmərik.

İbrahim Əhmədov maye qaz satışının nə vaxt bərpa olunacağı ilə bağlı isə belə deyib:

"Təmir artıq başa çatmaq üzrədir, yəqin ki, yaxın günlərdə vəziyyət xeyli düzələr. Bunun kimi vəziyyətlərin gələcəkdə də yaşanması mümkündür. İstehsalçı olaraq tövsiyyəmiz budur ki, alternativ məhsullara keçmək daha əlverişli olar.Buna görə də, biz çalışırıq ki, başqa məhsullara üstünlük verilməsinə şərait yaradaq. Məsələn, sıxılmış təbii qazın satış məntəqələrini artırırıq ki, istehlakçılar, sürücülər ondan istifadə edə bilsinlər. Əslində sıxışdırılmış təbii qaz maye qazdan həm maddi, həm təhlükəsizlik həm də ətraf mühitə təsiri baxımından daha əlverişlidir".

Rekam